Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

06.12.2021 10:40
  • A-
  • A
  • A+

Folklor İnstitutunda Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyi qeyd olunub

Folklor İnstitutunda Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyi qeyd olunub

AMEA-nın Folklor İnstitutunda Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunmuş ilk tədbir keçirilib.

Yazıçının oğlu riyaziyyat elmləri doktoru Turan İbrahimov Ə.Cəfərzadənin yaradıcılıq prosesi, şəxsi arxivində qorunan əlyazmaları, işıq üzü görən kitabları barədə məlumat verib. Yazıçının ədəbi irsi ilə bağlı maraqlı məqamlara toxunan qonaq hələ 20-22 yaşlarından anasının yazılarını oxuyub fikir bildirdiyini və bundan sonra əsərlərin işıq üzü gördüyünü qeyd edib. “Natəvan haqqında hekayələr”in hər birinin bayatı ilə başlandığını qeyd edən T.İbrahimov yazıçının romançılığının kökünün də məhz bu hekayələrdə qoyulduğunu bildirib.

O, yazıçının “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Bakı-1501”, “Bəla” və s. əsərlərinin ideyaca diqqətəlayiq nümunələr olduğunu vurğulayıb. Ömrünün son illərində Ə.Cəfərzadənin yazı makinasında yaza bilmədiyini və bu səbəbdən də ona makinaçı tapdıqlarını bildirən T.İbrahimov bunun da çox çəkmədiyini və çıxış yolu olaraq diktafondan istifadə etdiklərini bildirib. O, yazıçının son əsəri olan “Eşq sultanı”nın diktafon vasitəsilə və öz səsi ilə yazıldığını diqqətə çatdırıb, görüş iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirib. T.İbahimov yazıçının bir çox kitablarını, eləcə də yeni nəşr olunan “Seçilmiş əsərləri”ndən ilk on iki cildi institutun kitabxanasına təqdim edib.

Görüş zamanı iştirakçılar da Ə.Cəfərzadə yaradıcılığı ilə bağlı maraqlı fikirlər söyləyib, onunla bağlı xatirələrini danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: