Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.12.2021 12:06
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi dövrü Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib

“Nizami Gəncəvi dövrü Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib

AMEA-nın A.A Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi dövrü Azərbaycan tarixi” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun şöbə müdiri, akademik Nərgiz Axundova Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən cari ilin “Nizami Gəncəvi ili” elan olunmasını mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə göstərilən yüksək dəyərin təzahürü olduğunu qeyd edib. Akademik dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq və zəngin irsindən danışaraq qeyd edib ki, tarixin bütün mərhələlərində, xüsusilə də XX əsrdə dahi şairin irsinin öyrənilməsi sahəsində çox böyük işlər görülüb.

Konfransda çıxış edən Tarix İnstitunun icraçı direktoru Cəbi Bəhramov şairin 880 illik yubileyinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində qeyd olunduğunu diqqətə çatdırıb.

Daha sonra institutun şöbə müdiri, tarix elmlər doktoru, professor Şahin Fərzəliyev “Nizami Gəncəvinin”Məxzənul-əsrar”minacatlara və nətlərə dair”, institutun aparıcı elmi işçisi, tarix elmləri doktoru Xeyirbəy Qasımov “Nizami Gəncəvi və Azərbaycan İntibahı problemi”, akademik  Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nizaminin Şirininin milli mənsubiyyəti:tarixi qaynaq və poetik təxəyyül işığında”, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Ədəbi əsərlərin Azərbaycan tarixinin öyrənilməsində rolu (Nizami Gəncəvinin  yaradıcıllığı əsasında), Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli, “Nizaminin “İsgəndərnamə” əsərində Azərbaycan”, institutun  şöbə müdiri, tarix üzrə fəsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev “Makedoniyalı İsgəndərlə Nüşabənin görüşü harada olmuşdur”, institutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova “Nizami Gəncəvi irsinin təbliği Heydər Əliyevin mədəniyyət siyasətinin bir hissəsi kimi”, insitutun baş elmi işçiləri Sevinc Məlikzadə və Rəna Nəcəfova “Nizami Gəncəvi yaradıcılığına Avropada münasibət” və Sumqayıt şəhər 15 saylı məktəbin müəllimi Aybəniz Əsgərova “Nizami Gəncəvi yaradıcılığında tarixi şəxsiyyətlər” mövzularında məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: