Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.12.2021 14:46
  • A-
  • A
  • A+

BDU-nun tələbələri MEK-ə ekskursiya ediblər

BDU-nun tələbələri MEK-ə ekskursiya ediblər

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri, müəllimləri Elnarə Zeynalovanın rəhbərliyi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər.

MEK-in əməkdaşı Şəhanə Şahbazova tələbələrə kitabxana haqqında ətraflı məlumat verib. Tələbələr ekskursiyaya “Akademiklər zalı”ndan başlayaraq, burada müxtəlif ölkələrdən kitabxanaya hədiyyə edilən nəşrlərdən ibarət guşələrə baxıb, həmçinin oxucu kataloqu ilə tanış olublar.

AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya ilə tanışlıq zamanı tələbələr, büstlərin hər birinin yanında öz əksini tapan QR kod vasitəsilə təsisçilər haqqında daha  ətraflı məlumat əldə ediblər.

Ekskursiya müddəti qonaqlar Azərbaycan kitabxana sistemində ilk olan və bir neçə ay əvvəl yaradılan MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda da olublar. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərindən ibarət guşə ilə yaxından tanış olub, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şücaət göstərən şəhid, qazi və müharibə iştirakçılarının həyat və döyüş yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar.

Həmçinin MEK-in əməkdaşları kitabxana barədə tələbələri maraqlandıran sualları cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: