AMEA-nın Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri, b.e.d. Dilzarə Ağayeva və əməkdaşları – elmi işçi Tamilla Mailova, kiçik elmi işçi Elgün Mustafabəyli, böyük laborantlar Aygün Bağırova və Elnarə İsgəndərli nadir və patogen göbələk növlərinin monitorinqi məqsədilə Şəki rayonunda ekspedisiyada olublar.
Ekspedisiya zamanı rayonun mövsümə uyğun göbələk müxtəlifliyi araşdırılıb, “Qırmızı Kitab”ın üçüncü nəşri üçün nəzərdə tutulan nadir makromiset növlərinin və patogen “Cryphonectria parasitica” göbələyinin populyasiyasının monitorinqi aparılıb. Nadir və təhlükə altında olan 11 göbələk növünün lokalitetləri dəqiqləşdirilib, təbii mühitdə vəziyyəti, təhlükələri, rastgəlmə tezliyi təhlil edilib, şəkilləri çəkilib, digər vacib göstəriciləri qeyd edilib.
“Cryphonectria parasitica” göbələyinin təbii populyasiyasından nümunələr uyğun protokola əsasən toplanılb. Nümunələr mikoloji herbariyə depozit edilib, sonrakı tədqiqatlar laboratoriya şəraitində davam etdiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.