Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.12.2021 11:25
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun alimi Minskdə keçirilən beynəlxalq tədbirdə iştirak edib

Radiasiya Problemləri İnstitutunun alimi Minskdə keçirilən beynəlxalq tədbirdə iştirak edib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Nizamsız bərk cisimlərin radiasiya fizikası laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova Belarusun paytaxtı Minsk şəhərində keçirilən onlayn beynəlxalq tədbirdə iştirak edib.

“Yüksək texnologiyalara yeni yanaşmalar: Nano-dizayn, texnologiya, kompüter simulyasiyaları” adlı 19-cu beynəlxalq seminarda alimin “CdMnS yarımmaqnit yarımkeçiricilərinin elektron zona quruluşunun təməl prinsiplərdən hesablanması” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Məruzədə ideal və defektli Cd1-xMnxS (x = 6,25%; 25%) yarımmaqnit yarımkeçiricilərin elektron zona quruluşu, hal sıxlığının təməl prinsiplərdən DFT nəzəriyyəsi çərçivəsində psevdopotensiallar metodu tədqiqi üzrə alınmış nəticələr müzakirə edilib.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gələcəkdə birgə iş təklifləri ətrafında fikir mübadiləsi aparılıb.

Bildirək ki, M.Mehrabova konqresin proqram komitəsinin üzvü seçilib və seminarda məruzə olunmuş iş Belarusun “Doklady BGUIR” jurnalında dekabr ayında çap üçün qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: