Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2021 11:50
  • A-
  • A
  • A+

Tarix İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Tarix İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, t.ü.f.d. Cəbi Bəhramov açıb.  

Sonra Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, t.e.d. Ədalət Qasımov Ulu Öndərin şəxsi keyfiyyətlərindən, Vətəninə, millətinə olan bağlılığından söz açıb.

Dəyirmi masada çıxış edən Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Leyla Hüseynova Ulu Öndərin Azərbaycan Respublikasının həm Sovet hakimiyyəti illərində, həm də dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə ərazi bütövlüyünü qoruyub saxlamaq və bərpa etmək uğrunda apardığı mübarizəsindən söz açıb.

Daha sonra institutun şöbə müdiri, t.ü.f.d., dos. Hacı Həsənov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb və qeyd edib ki, məhz onun keçən əsrin 70-ci illərində həyata keçirdiyi tədbirlər nəticəsində minlərlə insanın, o cümlədən onun özünün də ali məktəbə daxil olmaq imkanı qazandığını minnətdarlıqla xatırladıb.

Sonda məruzələr ətrafında t.ü.f.d, dos. E.Məhərrəmov və digər əməkdaşlar çıxış edərək dahi liderin misilsiz xidmətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: