Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.12.2021 12:12
  • A-
  • A
  • A+

Gənc alim Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin seminarında iştirak edib

Gənc alim Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin seminarında iştirak edib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşı Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən keçirilən beynəlxalq məktəb və seminarda iştirak edib.

AEBA-nın Avstriyanın Vyana şəhərində yerləşən Beynəlxalq Mərkəzində keçirilmiş Nüvə Təhlükəsizliyi Beynəlxalq Məktəbi və Nüvə Materiallarının Fiziki Müdafiəsinin Konvensiyası seminarı Mariya Skadlovskaya – Küri Təqaüd Proqramının tələbələri üçün təşkil olunub.

Qeyd edək ki, sözügedən tədbirlərin sonunda Kimyəxanım Baxışova 2 sertifikatla mükafatlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: