Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2021 14:46
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Şərqşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Yığıncağın əvvəlində Şərqşünaslıq İnstitutunun əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Gövhər Baxşəliyeva açıb. O, öz çıxışında Ulu Öndərin Azərbaycan xalqının həyatında oynadığı roldan danışıb. G.Baxşəliyeva Ümummilli Liderin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib. Akademik Ulu Öndər Heydər Əliyevin həm Sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə Prezidenti kimi Azərbaycanda böyük iqtisadi inkişafa nail olduğunu vurğulayıb.

G.Baxşəliyeva Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə göstərdiyi diqqətdən danışıb. İnstitut direktoru Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini qeyd edib. Həmin görüşdə iştirak etmiş Gövhər Baxşəliyeva Heydər Əliyevin o tədbirdə söylədiyi sözləri xatırladıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib. G.Baxşəliyeva Heydər Əliyev məktəbi keçmiş Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsində qazanılan zəfərdə mühüm rolu olduğunu vurğulayıb. Ölkəmizin söz sahibi olan qüdrətli dövlətə çevrildiyini və bu mövqeyə çatmaqda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xidmətlərinin əvəzsiz olduğunu bildirib.

Tədbirdə çıxış edən institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadə, Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d. Məmmədəli Babaşlı və başqaları Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs ediblər və bildiriblər ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin inkişafında da Ulu Öndərin xidmətləri heç zaman unudulmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: