Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.12.2021 10:41
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri və digər əməkdaşları Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibəti ilə Fəxri xiyabanda məzarını ziyarət ediblər.

 

GAMŞ üzvləri Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiram əlaməti olaraq məzarı üzərinə əklil və gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

 

Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbət, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı olub. H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Məhz Ümummilli Liderin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, dünya məkanında öz layiqli yerini tutub.

 

Xalqımız bundan sonra da gələcək nəsillər üçün böyük məktəb olan Heydər Əliyevin zəngin siyasi irsindən faydalanacaq, ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyəcək. Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin xatirəsi daim qəlblərdə yaşayacaq.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: