Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

13.12.2021 16:23
  • A-
  • A
  • A+

Şərqşünas alimin 70 illik yubileyi qeyd olunub

Şərqşünas alimin 70 illik yubileyi qeyd olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayevin 70 illik yubileyi qeyd edilib.

Yığıncağı giriş sözü ilə açan institutun baş direktoru, akademik Gövhər Baxşəliyeva Vidadi Mustafayevin Azərbaycan şərqşünaslığında xüsusi yeri olan, dəyərli tədqiqatları ilə seçilən bir alim olduğunu deyib. G.Baxşəliyeva V.Mustafayevi əsl ziyalı, yüksək biliklərə malik, prinsipial, mövqeyində sabit və dəyişməz bir tədqiqatçı, yüksək mədəniyyətə, insani keyfiyyətlərə xas bir insan kimi  dəyərləndirib.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə çıxışında yubilyarla 1979-cu ildə institutun Cənubi Azərbaycan şöbəsində birgə başladıqları elmi fəaliyyətdən, onunla birgə 1983-cü ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi-tədqiqatçı olaraq çalışdığı dövrdən danışıb. S.Bayramzadə V.Mustafayevin elmi fəaliyyətindən, çap olunmuş kitablarından ətraflı bəhs edib.

Daha sonra t.e.d. Eynulla Mədətli, f.ü.f.d. Əkrəm Bağırov, əməkdaşlarından i.ü.f.d. Əkrəm Bije, t.e.d. Solmaz Rüstəmova Tohidi, fəl.ü.f.d. Esmeralda Həsənova, t.ü.f.d. Fərda Əsədov, t.ü.f.d. Sübhan Talıblı, t.ü.f.d. Əfşan Şəfiyeva çıxış edərək Vidadi Mustafayevin şərqşünaslıq elmində tutduğu mövqeyindən danışıblar, yubilyarı təbrik ediblər.

Sonda çıxış edən Vidadi Mustafayev tədbirin təşkilatçı və iştirakçılarına öz təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: