Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.12.2021 13:06
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP ilk Ərazi partiya təşkilatının hesabat iclası keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP ilk Ərazi partiya təşkilatının hesabat iclası keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP-ın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda ərazi partiya təşkilatının sədri, b.ü.f.d., dosent Zaman Məmmədov və institutun ilk Ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

İclasın əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əldə etdiyi qələbələrdən, xalqımızın yenilməzliyindən danışıb.

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında oynadığı aparıcı rolundan, partiyanın ərazi təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təsis olunan YAP yarandığı gündən fəaliyyətini Azərbaycan dövlətinin möhkəmlənməsinə və qüdrətlənməsinə yönəltmişdir.

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə YAP-ın sədri, b.ü.f.d. Zaman Məmmədovun hesabatı dinlənilib. O, VI qurultaydan sonrakı dövr üçün görülmüş işlər haqqında məruzə ilə çıxış edib.

Hesabat ərazi partiya təşkilatının üzvləri tərəfindən müzakirə edilib, a.e.d. Mustafa Mustafayev, a.e.ü.f.d. Əli Cəfərov çıxış edərək hesabatı yüksək qiymətləndirib və hesabat yekdilliklə qəbul edilib.

Sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunda YAP-ın ilk Ərazi partiya təşkilatının sədri və müavini vəzifəsinə seçki keçirilib. Seçki nəticəsində b.ü.f.d., dosent Zaman Məmmədov sədr, elmi işçi Fərid Mustafayev sədr müavini vəzifəsinə isə seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: