Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.12.2021 15:11
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

Biofizika İnstitutunun YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

Dekabrın 16-da AMEA-nın Biofizika İnstitutunun YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.

İclasda institutun rəhbərliyi, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın baş məsləhətçisi Elnarə Mustafayeva və institutun YAP üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov bildirib ki, yığıncağın keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyası Biofizika İnstitutunun ilk Ərazi partiya təşkilatının yeni heyətinin seçilməsi və hesabatı ilə bağlıdır.

Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ərazi təşkilatlarının fəaliyyətinin rolundan danışıb və hesabat üçün sözü YAP-ın Biofizika İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri, müəssisənin baş meneceri, tibb üzrə fəlsəfə doktoru Azad Əbdürəhimova verib. A.Əbdürəhimov çıxışında YAP-ın Biofizika İnstitutunda ilk Ərazi partiya təşkilatının ötən illər ərzindəki fəaliyyəti,  həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək, hazırda təşkilatın 25 üzvü olduğunu qeyd edib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb, yığıncaq iştirakçıları hesabata müsbət münasibətlərini bildiriblər.

Sonda institutun YAP ilk Ərazi partiya təşkilatına sədr və sədr müavini vəzifələrinə yeni seçkilər keçirilib. Açıq səsvermə yolu ilə keçirilən seçkilər nəticəsində institutun baş meneceri, tibb üzrə fəlsəfə doktoru Azad Əbdürəhimov institutun YAP ilk Ərazi partiya təşkilatının sədri, Kadrlar şöbəsinin mütəxəssisi Könül Aslanova isə sədrin müavini seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: