Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.12.2021 09:44
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində növbəti açıq dərs keçirilib

Hüseyn Cavidin Ev Muzeyində növbəti açıq dərs keçirilib

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində elmlə təhsilin inteqrasiyası çərçivəsində növbəti açıq dərs keçirilib.

Zərifə Əliyeva adına Liseyin 10A3 sinfinin şagirdləri üçün təşkil edilən açıq dərs zamanı şagirdlərə dahi filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar, zəngin yaradıcılığı haqqında geniş məlumat verilib, dramaturqun yaşadığı dövr və yaradıcılığı muzeyin zəngin ekspozisiyası əsasında ətraflı şərh olunub. Şairin xatirəsinin əbədiləşdirilməsi, Bakıdakı Ev Muzeyinin yaradılması və fəaliyyəti haqqında da geniş bilgi verilib. Daha sonra muzey əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıblar. Şagirdlər Cavidin lirikasından nümunələri, “Şeyx Sənan” və “İblis” pyeslərindən parçaları səsləndiriblər.

Şagirdlər sözügedən açıq dərsə görə muzeyin rəhbərliyinə və əməkdaşlara, həmçinin Zərifə Əliyeva adına Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Xəlilovaya dərin təşəkkürlərini bildiriblər.

Sonda açıq dərsdə iştirak edən şagirdlər xatirə şəkli çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: