Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.12.2021 17:26
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun laboratoriya müdiri Türkiyədə ezamiyyətdə olub

Dilçilik İnstitutunun laboratoriya müdiri Türkiyədə ezamiyyətdə olub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Eksperimental fonetik araşdırmalar laboratoriyasının müdiri, fil.ü.f.d., dosent Nəzakət Qaziyeva Türkiyənin Üsküdar Universitetinin Dil və nitq terapiyası bölməsinin rəhbəri, prof. Dr. Ahmet Konrotun dəvəti ilə sözügedən müəssisədə elmi ezamiyyətdə olub.

10 dekabr tarixində Türkiyənin Üsküdar Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru Peyman Cəfəri və beynəlxalq əlaqələr üzrə mütəxəssisi Dilbər Əliyeva AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olduqları zaman müəssisənin baş direktoru, professor Nadir Məmmədli bu görüşün əlaqələrin daha da genişlənməsinə imkan yaradacağını, birgə əməkdaşlıq çərçivəsində elmi tədqiqatların aparılması, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və doktorant mübadiləsi və digər məsələlərin nəzərdə tutulduğunu qeyd etmişdi. Nəzakət Qaziyeva Üsküdar Universitetində olduğu zaman əvvəldən nəzərdə tutulduğu kimi, Dilçilik İnstitutu ilə Üsküdar Universiteti arasında əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb.

Elmi ezamiyyət çərçivəsində, həmçinin Ahmet Konrotla müştərək şəkildə işlənəcək layihələr, eləcə də Üsküdar Universitetindəki Fonetika laboratoriyası ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Nəzakət Qaziyeva daha sonra Üsküdar Universitetindəki Fonetika laboratoriyasının texniki təchizatı ilə tanış olub.

Üsküdar Universitetinin rektor müavini, Narkomaniya və Ədli Elmlər İnstitutunun müdiri, prof. Dr. Sevil Atasoyla görüşdə isə strateji əhəmiyyət daşıyan tədqiqat istiqamətləri, kriminalistik fonoskopiyanın inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycanlı alim Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasının Odyoloji və Nitq Pozğunluğu Mərkəzində də olub, burada prof. Dr. Mehmet Akif Kılıçla əməkdaşlıqla bağlı müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: