Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.12.2021 14:20
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları elmi-praktiki konfransda iştirak ediblər

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları elmi-praktiki konfransda iştirak ediblər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi və Keşikçidağ Dövlət tarix-mədəniyyət Qoruğunun təşəbbüsü ilə Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunda aparılmış elmi tədqiqatların 10 illiyi”nə həsr olunmuş respublika əhəmiyyətli elmi-praktiki konfrans keçirilib.

Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Ağstafa şəhərindəki abidəsini ziyarət edib, önünə əklillər qoyublar.

Konfransa onlayn formatda qoşulan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyev və digər iştirakçılar alimlərin iştirakı ilə qoruq ərazisində aparılmış müxtəlif istiqamətli elmi araşdırmaların əhəmiyyətini qeyd edərək, tədbir iştirakçılarına uğurlar arzulayıblar.

Daha sonra tədbirdə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları t.ü.f.d. Pərviz Qasımov, t.ü.f.d. Anar Ağalarzadə, Əjdər Babazadə, t.ü.f.d., dosent Bəhmən Faziloğlu, İsmayıl Umudlu və antropoloq Vüsal Həsənov  çıxış ediblər.

Məruzəçilər “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda, həmçinin Ağstafa, Qazax və Tovuz bölgələrində aparılmış arxeoloji, etnoqrafik, sosioloji tədqiqatlar haqqında öz mülahizələrini təqdim ediblər və bölgənin ümumi tarixi problemlərinə həsr edilmiş məruzələrlə çıxış ediblər.

Tədbir iştirakçıları, həmçinin Avey Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil Göyəzən dağı ərazisində Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı t.ü.f.d., arxeoloq Pərviz Qasımovun rəhbərliyi ilə aparılan arxeoloji tədqiqatların gedişatı və ilkin nəticələri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: