Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.12.2021 16:15
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

Botanika İnstitutunun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

AMEA-nın Botanika İnstitutunun əməkdaşları Aydan Zeynalova və Aygün Bağırova COMSTECH, COMCEC və Orta Doğu Teknik Üniversiteti tərəfindən təşkil olunmuş “New Breeding Technologies for Food and Nutritional Security-” adlı onlayn təlimdə iştirak ediblər.

Vebinar ərzaq və qida təhlükəsizliyi sahəsində istifadə olunan müasir nano- və biotexnologiya mühəndisliyinə həsr olunub. Tədbir çərçivəsində bitkilərin genomunun redaktəsində istifadə olunan vektorlar, gRNT dizaynı, buğdada klonlaşdırma, bioinformatika alətləri və s. haqqında geniş müzakirələr aparılıb.

Ümumilikdə iclasda Pakistan, Azərbaycan, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya, Almaniya, Amerikadan 200-dən çox alim qatılıb. Vebinarın sonunda A.Zeynalova və A.Bağırova COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: