Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.12.2021 17:20
  • A-
  • A
  • A+

Tarixçi alim Nərmin Tahirzadənin xatirəsi anılıb

Tarixçi alim Nərmin Tahirzadənin xatirəsi anılıb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində tarixçi alim Nərmin Tahirzadənin anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.

Azərbaycan təhsil tarixinin mükəmməl araşdırıcısı, peşəkar muzey işçisi olan Nərmin Tahirzadə 50 ildən çox Milli Azərbaycan Tarixi Muzeyində çalışıb, ekskursiyaçıdan şöbə müdiri vəzifəsinədək əmək yolu keçib. Alimə həsr olunmuş tədbirdə muzey əməkdaşları Nərmin Tahirzadə haqqında xatirələrini bölüşüblər.

Tədbirdə iştirak edən təhsil tarixinin tədqiqatçısı, professor Ədalət Tahirzadə Nərmin Tahirzadənin arxivinin bir hissəsini muzeyə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: