Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.12.2021 14:40
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun Orta Doğu Texnik Universiteti ilə elmi əlaqələri genişlənir

Aşqarlar Kimyası İnstitutunun Orta Doğu Texnik Universiteti ilə elmi əlaqələri genişlənir

AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının Türkiyənin Orta Doğu Texnik Universitetinin Kimya Bölməsində ortamüddətli təcrübə keçməsi mümkün olacaq. Bununla bağlı razılıq institutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin sözügedən universitetdə keçirdiyi görüşlərdə əldə olunub.

Səfərin əsas məqsədi Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin Orta Doğu Texnik Universiteti arasında elmi əlaqələrin genişləndirilməsi - müştərək elmi layihələr, PhD, post-doktor hazırlığı, təcrübə mübadiləsi kimi məsələləri genişi müzakirə etməkdir.

Ə.Sucayev Orta Doğu Texnik Universiteti Kimya bölməsinin rəhbəri, professor Cihangir Tanyeli ilə görüşündə 2022-ci ildə bir doktorantın 3-6 ay müddətində Üzvi kimya laboratoriyasında təcrübə keçməsi razılaşdırılıb. Tərəflər birgə aparılacaq tədqiqatın mövzusunu da müzakirə edərək təsdiqləyiblər. Səfər müddətində universitetin Kimya Bölməsinin ən son cihaz və avadanlıqlarla təchiz olunmuş üzvi və fiziki-kimyəvi analitik kimya laboratoriya otaqları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: