Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.12.2021 16:25
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun doktorantı Portuqaliyanın Lissabon Universitetində elmi tədqiqatlarını davam etdirir

Aşqarlar Kimyası İnstitutunun doktorantı Portuqaliyanın Lissabon Universitetində elmi tədqiqatlarını davam etdirir

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı İbadulla Mahmudov Portuqaliya Lissabon Universitetində elmi tədqiqatlarını davam etdirir.

İbadulla Mahmudov Lissabon Universitetinin elmi işçisi kimya elmləri doktoru Kamran Mahmudovun rəhbərliyi altında dissertasiya mövzusuna uyğun olaraq zərif üzvi sintez üsulları yeni üzvi birləşmələr və onların müxtəlif metal komplekslərinin sintezi və tədqiqi ilə bağlı araşdırmalarını davam etdirir. İlk mərhələdə aldığı yeni maddələrin müasir fiziki-kimyəvi analiz cihazları ilə struktur təhlillərini yerinə yetirib, həmin cihazlarda işlənmə prinsipləri ilə bağlı əlavə təcrübi biliklər qazanıb. Hazırda növbəti mərhələ üçün metal komplekslərin alınması istiqamətində araşdırmalarını davam etdirir.

Qeyd edək ki, İbadulla Mahmudovun elmi rəhbərləri kimya elmləri doktoru Əfsun Sucayev və kimya üzrə fəlsəfə doktoru Yusif Abdullayevlə birlikdə ilk məqaləsi yüksək impakt faktorlu nüfuzlu xarici jurnalda dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: