Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.12.2021 16:18
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun alimləri işğaldan azad olunmuş ərazilərdə çöl tədqiqatları aparıblar

Radiasiya Problemləri İnstitutunun alimləri işğaldan azad olunmuş ərazilərdə çöl tədqiqatları aparıblar

AMEA-nın Radiasiya Problemləri İnstitutunun alimləri işğaldan azad olunmuş ərazilərdə tədqiqatlarını davam etdirirlər.

Sözügedən ərazilərdə institutun Radioekologiya laboratoriyasının əməkdaşları tərəfindən növbəti çöl tədqiqatı icra edilib.

Belə ki, 23-28 dekabr tarixlərində institut alimləri işğaldan azad olunmuş ərazilərin radioekoloji vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat planına uyğun olaraq Tərtər rayonu ərazisində nümunə götürmə və çöl ölçməsi işləri aparıblar. 

Tədqiqat planına uyğun olaraq alimlər tərəfindən ərazidə radiasiya fonu ölçmələri aparılıb, Tərtər çayından və ərazidəki digər su mənbələrindən su, dib çöküntüsü nümunələri və ətraf ərazilərdən torpaq nümunələri götürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: