Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Məmməd Əliyevin “Həsrətin o üzü” romanının ikinci hissəsi işıq üzü görüb
06.01.2022 17:58
  • A-
  • A
  • A+

Professor Məmməd Əliyevin “Həsrətin o üzü” romanının ikinci hissəsi işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Həsrətin o üzü” romanının ikinci hissəsi “Karvan köçər, ötər gedər sədası” adı ilə çapdan çıxıb.

Sözügedən romanın "Ön söz"ünün müəllifi filologiya elmləri doktoru Salidə Şərifovadır.

Kitabın redaktoru Rəna Əhmədova, dizayner Nigar Tağıyevadır. 388 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

Romanın ikinci hissəsi 32 fəsildən ibarətdir. Romanda klassik romançılıq ənənələri, modernizmin ədəbi fəndlərindən sayılan “Şüuraxını” metoduna müraciət, onların maraqlı poetik çalarları üst-üstə düşür, əsər forma və məzmunca yeni bir şəklə girir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: