Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.01.2022 11:56
  • A-
  • A
  • A+

Tanınmış tacik şərqşünası Nizami Muzeyinin qonağı olub

Tanınmış tacik şərqşünası Nizami Muzeyinin qonağı olub

Tacikistan Milli Elmlər Akademiyasının professoru, tanınmış şərqşünas alim Şadiməhəmməd Sufizadə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Muzeyin zəngin ekspozisiya zalları ilə tanış olan alim Azərbaycanın multikulturalizmə dəyər verən ölkə olduğunu deyib. O, bu söz, sənət məbədini əvvəllər də ziyarət etdiyini, burada sərgilənən qədim əlyazma və daşbasma kitablarını hər gəlişində maraqla izlədiyini bildirib.

Ziyarətinin sonunda şərqşünas alim Nizami Muzeyi haqqında təəssüratlarını müəssisənin rəy kitabında qələmə alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: