Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.01.2022 12:07
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasında vəhşi heyvanların və çöl quşlarının sayı artıb

Naxçıvan Muxtar Respublikasında vəhşi heyvanların və çöl quşlarının sayı artıb

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hər il müntəzəm olaraq çöl quşları və vəhşi heyvanların mövsümi sayımı ilə bağlı monitorinqlər həyata keçirirlər.

Ötən ilin dekabr ayından başlayaraq muxtar respublikanın müxtəlif yerlərində, o cümlədən su hövzələrində belə mövsümi saymalar davam etdirilir. Aparılan ardıcıl işlərin davamı kimi 10 yanvar 2022-ci il tarixdə cütdırnaqlı heyvanların növbəti monitorinqi keçirilib.

Culfa rayonunun Darıdağ ərazisində aparılan monitorinq zamanı maraqlı kadrlar qeydə alınıb. Diqqət çəkən məqam ondan ibarətdir ki, həm muflonların sayında artım müşahidə olunur, həm də kadrlardan göründüyü kimi heyvanlar insanlara çox yaxın ərazidə olmalarına baxmayaraq olduqca rahat davranırlar.

Son illər aparılan monitorinqlərin nəticələrinə əsasən, bölgədə mövcud olan vəhşi heyvanların və çöl quşlarının sayında nəzərəçarpan artım müşahidə olunur. Bu isə muxtar respublika ərazisində heyvanların qanunsuz ovlanmasına qoyulan qadağalardan, biomüxtəlifliyin zənginləşməsi və təbiətə göstərilən qayğının gözlənilən nəticəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: