Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.01.2022 14:18
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının növbət iclası keçirilib.

Tədbiri giriş sözü ilə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı açıb. T.Yelmarlı Gənc Alim və Mütəxəssislər şurasının 2022-ci ildə nəzərdə tutulan tədbirlər planı haqqında məsələni iclas iştirakçılarının nəzərinə çatdırıb.

İclasda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının  sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək, gənclərin AMEA-nın elmi-ictimai fəaliyyətində mühüm rol oynadıqlarını bildirib.

Daha sonra iclasda Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üçün fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb.

Sonda institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev çıxış edərək gənclərə təklif və tövsiyələrini verib, uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: