Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.01.2022 15:39
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı V Tokio Zirvəsində çıxış edib

Şərqşünaslıq İnstitutunun əməkdaşı V Tokio Zirvəsində çıxış edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 14-16 yanvar tarixlərində Yaponiyada keçirilən V Tokio Zirvəsində iştirak edib.

X.Ələkbərova V Beynəlxalq müasir elmlərdə yeni araşdırmalar konfransında “Ərəb mühacir qadınların problemlərinin ədəbiyyatda inikasi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə müasir dünyada qloballaşan miqrasiya problemi, bunu doğuran səbəblərə toxunulub. Miqrasiya prosesləri Misir Ərəb Respublikası üzərində son statistik göstəricilərə əsasən geniş təhlil edilib və xüsusən ərəb müsəlman qadınların mühacir həyatı ilə bağlı acı reallıqlar, üzləşdikləri ksenefobiya halları, aldıqları psixoloji sarsıntılar tanınmış misirli yazarların əsərlərində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: