Azərbaycanda yaşayan Axısqa türklərinin “Vətən” İctimai Birliyinin sədr müavini Mövlud İşık və şair, tanınmış ziyalı Hamdi Ayvazoğlu AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsində olublar.
Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri, t.e.d. türkoloq Güllü Yoloğlu və şöbənin aparıcı elmi işçisi, t.ü.e.d. Mehparə Əliyeva qonaqlarla görüş zamanı gələcək əməkdaşlıq planlarından, axısqalı gənclərin elmi tədbirlərə cəlb olunmasından, bölgələrə etnoqrafik ekspedisiyaların təşkilindən danışıblar.
Mövlud İşık isə öz növbəsində ictimai birliyin gördüyü işlərdən, Qarabağ döyüşlərində şəhid olan axısqalıların igidliyindən, Vətən sevgisindən, gələcək əməkdaşlığın perspektivlərindən söhbət açaraq, şöbəyə bir neçə kitab, dərgi və qəzet hədiyyə edib.
Görüşdə, həmçinin Novruz bayramı ərəfəsində institutun Türk xalqlarının etnoqrafiyası şöbəsi ilə Dünya Türkologiya Mərkəzi tərəfindən birlikdə keçirilməsi nəzərdə tutulan “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı beynəlxalq konfrasla bağlı fikir mübadiləsi də aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.