Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 18:12
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda 20 Yanvar faciəsinə həsr olunan iclas keçirilib

Polimer Materialları İnstitutunda 20 Yanvar faciəsinə həsr olunan iclas keçirilib

AMEA-nın Polimer Materialları İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan iclası keçirilib.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açıb. Sonra çıxış edən institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakı şəhərində dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş qırğının insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu vurğulayıb. O, bu faciənin Azərbaycan elminə və Polimer Materialları İnstitutuna verdiyi ağır itkidən söz açıb. İclasda 1990-cı ilin yanvarın 24-də işə gələrkən zirehli tankın yolun kənarında dayanmış 5 alimin olduğu avtomobili amansızlıqla əzib keçməsi nəticəsində itirdiyimiz alimlərin kimya elmləri doktorları, professorlar İbrahim İbrahimov, İsmayıl Mursaqulov və Svetlana Məmmədovanın əziz xatirələri yad edilib.

Daha sonra institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev 20 Yanvar cinayətinin insanların azadlıq eşqini söndürə bilmədiyini vurğulayıb. Xalqımızın qanı bahasına müstəqilliyinə qovuşduğunu, ancaq cinayətkarlara hüquqi qiymətin hələ də verilmədiyini bildirib.

İclasda Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək Azərbaycan xalqının 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadığını bildirib. O qeyd edib ki, tarixi Qələbəmizdən sonra xalqımız Şəhidlər Xiyabanını daha böyük qürurla ziyarət edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: