Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.01.2022 11:43
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində mesenat-sahibkarlarla görüş keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində mesenat-sahibkarlarla görüş keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan və Türkiyə sahibkarlarını birləşdirən MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri ilə görüş keçirilib.

Qonaqları salamlayan muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı Tarix Muzeyinin Vətən müharibəsi fondunun zəruri ləvazimatlarla təchiz olunmasında göstərdiyi dəstəyə görə MÜSİAD Azərbaycan İdarə Heyətinə öz təşəkkürünü bildirib. N.Vəlixanlı qeyd edib ki, təşkilatın üzvləri bu xeyirxah addımla ölkəmizdə çoxəsrlik ənənələrə malik mesenatlıq tarixinə öz imzalarını atıblar.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli öz növbəsində vurğulayıb ki, təşkilat üzvləri Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun lazımi materiallarla təchizatını öz üzərinə götürdükləri üçün böyük şərəf hissi keçirirlər. R.Cabirli muzeyin Vətən müharibəsi şəhidlərinin, qazilərinin tanıdılması, həyat və döyüş yollarının əbədiləşdirilməsi işində mühüm rol oynadığını bildirib və sahibkarların bu işə töhfə verə bildikləri üçün öz məmnunluğunu ifadə edib.

Daha sonra qonaqlar Vətən müharibəsi fondunda yaradılan şəraitlə tanış olub, həmçinin 44 günlük müharibədə qələbəyə həsr olunmuş sərgini ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: