Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.01.2022 15:15
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun 2022-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planı təsdiqlənib

Dilçilik İnstitutunun 2022-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planı təsdiqlənib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclası giriş sözü ilə açan elmi müəssisənin baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə 2022-ci il üçün şuranın iş planı, elmi-tədqiqat işlərinin əhatəli planı təsdiq olunub. Dilçilik İnstitutunun 2022-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planının hazırlanaraq AMEA-nın Humanitar Elmləri Bölməsinə təqdim edilməsi qərara alınıb.

İclasda, həmçinin institutun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında qərar qəbul olunub. Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov, Eksperimental fonetik araşdırmalar laboratoriyasının müdiri, dosent Nəzakət Qaziyeva, Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Günel Orucova və Toponimika sektorunun müdiri, dosent Elçin İsmayılov şuraya üzv seçiliblər.

Sonra müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırıb.

Sonda institutun bir sıra vakant vəzifələri üzrə seçkilər keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: