AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Yığıncağı giriş nitqi ilə institutun baş direktoru, akademik Vaqif Abbasov açaraq institutun gənc alim və mütəxəssislərini 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Akademik qeyd edib ki, Azərbaycan gəncliyi 30 illik həsrətə 44 gün ərzində son qoyub, Azərbaycan torpaqlarını qanı və canı bahasına işğaldan azad edib üçrəngli bayrağımızı Qarabağda ucaldıb.Vaqif Abbasov çıxışında bildirib ki, savadlı və bacarıqlı nəslin yetişdirilməsi hər bir dövlət üçün önəmlidir.
Sonda institutun elmi-ictimai işlərində fəal iştirak edən Nərmin Dadaşova, Mehriban Nağıyeva, Ayaz Məmmədov, Ziyarət Paşayeva, Elnarə Musayeva, Samir Şahmuradov, Günel Bədəlova, Nərmin Babanlı və Gülay Rüstəmliyə pul mükafatlarının verilməsi qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.