İnsan beynində yaddaşa cavabdeh olan müxtəlif hissələr öz aralarında rəqabət aparır. Belə ki, biz nəyisə tez-tez yada salırıqsa, bir o qədər də digərlərini daha pis xatırlayırıq.
Kembric Universitetinin neyrobioloq-alimləri belə bir paradoksal qənaətə gəliblər ki, biz bir şeyi nə qədər xatırlamağa çalışırıqsa, bir o qədər də yaddaşımıza ziyan vururuq.
Bu məqsədlə bir neçə könüllünün iştirakı ilə keçirilmiş sınaqda onlara bir az əvvəl nümayiş etdirilmiş şəkilləri xatırlamaqları tapşırılıb. Beləliklə, beynin fəallığını maqnit-rezonans tomoqrafiyasının köməyi ilə müşahidə edən tədqiqatçılar müəyyən xatirəni və onun üçün tipik beyin fəallığının şəklini dəqiq müqayisə etməyə müvəffəq olublar.
Sınaq müddətində bir neçə xatırlama seansları keçirilib və hər dəfə könüllülərə məhz konkret obraza diqqəti cəmləmək tapşırılıb. Lakin əldə edilmiş nəticələr xatırlama prosesi zamanı başqa anlayışlar haqqında yaddaşın getdikcə zəiflədiyini sübut edib. Başqa sözlə desək, biz bir şeyi xatırlamağa çalışarkən, nələrisə mütləq unuduruq.
Bu prosesin neyrobioloji mexanizmi yaddaşın optimallaşdırılması vasitəsilə stres və əsəb yaradan lazımsız və ya pis xatirələrdən qurtulmağa yardım edir.
www.nkj.ru