Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.02.2022 13:45
  • A-
  • A
  • A+

Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının 2022-ci ildə ilk iclası keçirilib

Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının 2022-ci ildə ilk iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının 2022-ci ildə birinci iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

Biologiya və tibb elm sahələri üzrə dissertasiya mövzularının təsdiqi üçün 26 iş (tibb üzrə 21, botanika üzrə 2, ekologiya üzrə 2, biokimya üzrə 1) müzakirəyə çıxarılıb.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə Problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri də iştirak ediblər.

Müzakirəyə çıxarılmış bir sıra mövzuların adında dəyişikliklər edilməklə 25 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, biokimya ixtisası üzrə 1 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: