Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2022 11:33
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Neft-Kimya Prosesləri İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə faciə zamanı şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Vaqif Abbasov açaraq Xocalı faciəsi ilə bağlı geniş məlumat verib.

Akademik Vaqif Abbasov Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa müddət ərzində ölkənin gündən-günə inkişaf etməsinə nail olunduğunu, həmçinin ordu quruculuğu sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Akademik qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Vətən müharibəsində bütün şəhidlərimizin qisasını aldı.

Tədbirdə çıxış edən kimya elmləri doktoru, professor Elmira Süleymanova həmin dövrdə ölkəmizin düşdüyü çətin hərbi-siyasi vəziyətdə şahidlik etdiyi bəzi məqamları auditoriya ilə bölüşüb. Həmçinin 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız qələbəyə toxunub.

Daha sonra müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Günay Heydərli və İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Kamran Bağırovun Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə Xocalı dəhşətinin canlı şahidi və 8 gün əsirlikdə olmuş Dürdanə Ağayevadan aldığı müsahibə iştirakçılara təqdim olunub. Müsahibədə 8 gün erməni əsirliyində ağlasığmaz işgəncələrə məruz qalan Dürdanə Ağayeva Xocalı sakini kimi şahidi olduğu erməni vəhşiliyi və vandalizmi, xüsusi amansızlıqla törədilmiş soyqırımı cinayəti ilə bağlı xatirələrini bölüşüb. D.Ağayeva Xocalı soyqırımı ilə bağlı yazdığı “Erməni zindanında 8 gün” adlı kitabdan sitatlar gətirərək, yüz illər ötsə də, mənfur ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin nəticələrinin unudulmayacağını qeyd edib. O, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın mərd oğulları səyəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını qürürla ifadə edib.

Görüşün sonunda Dürdanə Ağayeva Xocalı hadisələrini özündə əks etdirən müəllifi olduğu “Erməni zindanında 8 gün” və “Yarımçıq qalmış ömür” adlı kitabları Neft-Kimya Prosesləri İnstitutunun kitabxanasına hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: