Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.02.2022 11:51
  • A-
  • A
  • A+

Şərqşünas alim Özbəkistan saytında Xocalı soyqırımından yazıb

Şərqşünas alim Özbəkistan saytında Xocalı soyqırımından yazıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının Xocalı soyqırımı ilə bağlı Xocalı soyqırımı: bəşəriyyətin ən qanlı faciərindən biri məqaləsi Özbəkistanın fikr.uz saytında rus dilində dərc olunub.

Məqalədə 20-ci əsr boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı məlumat verən müəllif 1992-ci ilin 26 fevral Xocalı faciəsindən ətraflı bəhs edir. Xocalıda insanlığa qarşı cinayətlərin kimlər tərəfindən və necə törədildiyindən yazan S.Talıblı soyqırımın acı nəticələri barədə məlumat verir. Soyqırımı törədən cinayətkarlardan bir qisminin etiraflarının qeyd olunduğu yazıda Xocalı soyqırımının dünyanın aparıcı imformasiya vasitələrində işıqlandırılması, bu soyqırımı tanıyan ölkələr barədə də məlumatlar diqqətə çatdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: