Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2022 12:02
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun gənc alimləri Xocalı qurbanlarını yad ediblər

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun gənc alimləri Xocalı qurbanlarını yad ediblər

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən anım tədbiri keçirib.

Tədbiri giriş sözü ilə açan müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d., dosent Taleh Əliyevin təklifi ilə Xocalı soyqırımı qurbanlarının və eləcə də bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

T.Əliyev çıxışında Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklərdən danışıb.

Anım tədbirində, həmçinin şuranın üzvləri - t.ü.f.d. Gülanə Əliyeva, Nəzirə Şalbuzova, Sədaqət Məmmədli, Aliyə Adgözəlova və institutun digər əməkdaşları - Lola Hüseynova, Leyla Əliyeva soyqırımla bağlı fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: