Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.03.2022 15:54
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda Tarix Muzeyinin əməkdaşlarının məruzələri dinlənilib

Beynəlxalq konfransda Tarix Muzeyinin əməkdaşlarının məruzələri dinlənilib

Özbəkistan Elmlər Akademiyası nəzdindəki Özbəkistan Tarixi Dövlət Muzeyinin təşkilatçılığı ilə “XXI əsrdə muzeyşünaslıq: tədqiqatlar, ənənələr və innovasiyalar” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.

Tədbirdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsinin “Pandemiya dövründə muzeylərin işinin xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib.

Bildirilib ki, məruzədə muzeylərin işinə pandemiyanın təsirlərindən bəhs edilib.

Eyni zamanda, muzeyin Numizmatika fondunun müdiri Aygün Məmmədova “Samanilər dövründə Özbəkistanda zərb edilən sikkələr (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında)”, Arxeologiya elmi fond şöbəsinin elmi işçisi Emin Məmmədov (həmmüəllif şöbənin elmi işçisi Laçın Mustafayev) “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan maddi-mədəniyyət abidələri Azərbaycan tarixinin öyrənilməsində önəmli vasitədir” mövzularında məruzə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: