AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Yığıncağı institutun baş mühəndisi, texnika elmləri doktoru Elmar Abdullayev açaraq “Tibbi fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi, könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusu ətrafında öz fikir və mülahizələrini bildirib.
Sonra NKPİ-nin Mülki Müdafiə Qərargah rəisi Murad Şahmuradov 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi ilə bağlı geniş məlumat verərək, Mülki Müdafiə əmlakı, mövcud cihaz və avadanlıqlardan istifadə imkanları barədə və onları nümayiş etdirməklə “Tibbi fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi, könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusu ətrafında söhbətlər aparıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.