Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.03.2022 14:16
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə 2022-ci ildə keçiriləcək elmi seminarların illik planı müzakirə edilib

Seysmoloji Mərkəzdə 2022-ci ildə keçiriləcək elmi seminarların illik planı müzakirə edilib

Martın 2-də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Yer elmləri seksiyasının iclası keçirilib.

İclasda mərkəzin 2022-ci ildə keçiriləcək elmi seminarlarının illik planı müzakirə edilib.

Seminarda müəssisənin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Seysmologiya şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli, Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azay Rzayev, Zəlzələlərin tədqiqatı bürosunun rəis müavini Ruqiyyə Kərimova, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və mərkəzin Yer elmləri seksiyasının üzvləri, şöbə müdirləri, elmi işçiləri iştirak ediblər. 

Tədbirdə T.Məmmədli bildirib ki, mərkəzdə kompleks-seysmoloji, geofiziki, geodinamik tədqiqatlar aparılır və bugünkü seksiyada aparılan tədqiqatlara dair təqdim olunmuş məruzələrin müzakirə olunması nəzərdə tutulur. 

Daha sonra seminarda RSXM-nin Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin kiçik elmi işçisi İlhamə Cəlilova “Abşeron rayonu ərazisində tikinti sahələrinin mühəndisi-geoloji və mühəndisi-seysmoloji şəraiti”, Bakı stansiyasının kiçik elmi işçisi Günay Bəkdəmirova “TAU kinemetrik parametri əsasında Qarabağ ərazisində mühitin gərginlik vəziyyətinin qiymətləndirilməsi”, Mühəndis geologiyası şöbəsinin kiçik elmi işçisi Sevinc Quluzadə “Yasamal və Xətai rayonlarında mühəndisi-geoloji şəraitin müəyyən edilməsi”, Makroseysmik tədqiqatlar şöbəsinin kiçik elmi işçisi Fəridə Ağakişiyeva “Respublika ərazisində baş vermiş zəlzələləri qeydə alan seysmoloji cihazlar və onların iş prinsipi”, Maqnitometriya şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayev “Şamaxı - İsmayıllı zonasında baş vermiş zəlzələlərlə əlaqədar seysmomaqnit effektin dəyişmə xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər. 

İclas təqdim olunan məruzələr ətrafında müzakirələrlə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: