AMEA-nın Radiasiya Problemləri İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev əvvəlcə 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi və əhəmiyyəti haqqında məlumat verib. İ.Mustafayev çıxışında, həmçinin əhalinin mülki müdafiəsi və idarə edilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin qısa bir zamanda aradan qaldırılmasında, eləcə də fövqəladə hallarla bağlı maarifləndirmə işinin təşkilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xidmətlərini yüksək qiymətləndirib.
Sonra çıxış edən institutun Mülki Müdafiə Qərargahının rəisi Taleh Məmmədov 2022-ci il üçün tərtib olunmuş Tədbirlər Planından danışıb.
Tədbirdə müəssisənin foyesində təşkil olunmuş sərgidə nümayiş olunan fərdi mühafizə vasitələrinin xüsusiyyətləri və onlardan istifadə qaydaları haqqında məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.