Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2022 14:36
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə Beynəlxalq Qadınlar Günü qeyd olunub

Seysmoloji Mərkəzdə Beynəlxalq Qadınlar Günü qeyd olunub

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 

Tədbirdə çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli əvvəlcə mərkəzdə çalışan xanımları bayram münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Azərbaycanda qadınların bütün sahələrdə çalışdıqlarını vurğulayan baş direktor ölkəmizdə qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb.

Onun sözlərinə görə, Azərbaycanda qadınlara hər zaman yüksək diqqət olub. Q.Yetirmişli Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin bütün xanımlar üçün örnək olduğunu deyib: “Mehriban xanım Əliyevanın milli-mədəni sərvətlərimizin tanıdılması, tarixi abidələrimizin qorunması və beynəlxalq aləmə çatırılmasında misilsiz xidmətləri var. O, bu gün cənab Prezidentimizlə çiyin-çiyinə ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük işlər görür”.

Baş direktor çıxışı zamanı mərkəzin gənc xanım əməkdaşlarını ölkəmizin elmi və elmi-ictimai həyatında fəal olmağa çağırıb. 

Daha sonra RSXM-nin İnformasiya şöbəsi tərəfindən mərkəzdə çalışan xanımların fəaliyyətinə dair hazırlanmış videoçarx nümayiş etdirilib və xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: