Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2022 18:40
  • A-
  • A
  • A+

Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

AMEA-nın Botanika İnstitutunda müəssisənin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri institutun icraçı direktoru, b.e.d., Şakir Qasımov açaraq qadın əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Cəmiyyətdə və ailədə qadınların rolundan danışan alim qeyd edib ki, son dövrlər elm sahəsində çalışan qadınların sayı kişilərə nisbətən çoxdur. Onun sözlərinə görə, Azərbaycan qadınlarının elmdə və digər sahələrdə qazandığı uğurlar onların mədəni və intellektual potensialından xəbər verir.

Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.e.d., professor Aydın Əsgərov isə qadın əməkdaşların elmi fəaliyyətindən bəhs edib. O qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün ölkəmizdə qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb: Qadınların bütün sahələrdə geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.

İnstitutun Həmkarlar Təşkilatının sədri, b.ü.f.d. Şəkər Muxtarova qadın həmkarları əlamətdar gün münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Sonda müəssisənin qadın əməkdaşlarına hədiyyələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: