Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2022 20:00
  • A-
  • A
  • A+

YT Parkın rəhbərliyi Beynəlxalq Qadınlar Günü münasibətilə qadın əməkdaşları təbrik edib

YT Parkın rəhbərliyi Beynəlxalq Qadınlar Günü münasibətilə qadın əməkdaşları təbrik edib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rəhbərliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bu müəssisənin, eləcə də Parkın rezidenti olan müəssisələrin qadın əməkdaşlarını təbrik edib.

Bu məqsədlə keçirilən tədbiri giriş sözü ilə açan YT Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov müəssisənin bütün qadın əməkdaşlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıb.

Vasif Abbasov AMEA-da qadınlara göstərilən diqqət və qayğıdan bəhs edərək Akademiyada çalışan qadın əməkdaşların elmin müxtəlif sahələrindəki rolunun gücləndirilməsinə xüsusi əhəmiyyət verildiyini deyib. Baş direktor bugünkü gündə Azərbaycan qadınlarının elmi-mədəni həyatda, eləcə də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, cəmiyyətin mənəvi dayağı olduqlarını, bir çox sahələrdə böyük uğurlar əldə etdiklərini diqqətə çatdırıb. 

Parkın icraçı direktoru Zaur Nəhmətov qadınların elm və təhsil sahəsində qazandıqları uğurlardan bəhs edib, onlar üçün yaradılan şəraitdən danışıb. O, bütün qadınları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, onlara əldə etdikləri nailiyyətlər ilə fəaliyyətlərində daha da irəliləməyi arzu edib.

Sonda YT Parkın əməkdaşları da təbriklərə qoşularaq müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda qadınların misilsiz xidmətləri olduğunu vurğulayıblar. Qeyd olunub ki, onlar respublikamızda quruculuq işlərində yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı kimi vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər.

Daha sonra 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə texnoparkın qadın kollektivinə hədiyyələr və gül buketləri təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: