Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.03.2022 10:15
  • A-
  • A
  • A+

“Şuşanın Rəqəmsal Müəllimləri” layihəsinin açılış mərasimi keçirilib

“Şuşanın Rəqəmsal Müəllimləri” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə 1 fevral - 30 aprel tarixlərində icra olunacaq “Şuşanın Rəqəmsal Müəllimləri” layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) elmi işçisi və doktorantı Səyyarə Hidayətzadə də iştirak edib.

Yığıncağı giriş nitqi ilə açan AGMA-nın sədri Rüfət Əsədzadə təşkilat haqqında qısa məlumat verib və AMEA-nın İdarəetmə Sistemləri İnstitutuna layihədə göstərdikləri təmənnasız dəstəyə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi distant təhsilin təşkili prosesində müəllimlərdə “Google for Education” platformasından istifadə bacarıqlarını formalaşdırmaqdan ibarətdir.

Sonra çıxış edən layihə rəhbəri Hüseyn Hüseynov 2022-ci Şuşa ilində həyata keçirilən “Şuşanın Rəqəmsal Müəllimləri” layihəsi haqqında ətraflı məlumat verərək onun əhəmiyyətini vurğulayıb və iştirakçıların suallarını cavablandırıb.

Daha sonra İSİ-nin əməkdaşı Səyyarə Hidayətzadə çıxış edərək müasir dövrün tələblərinə uyğun yüksək ixtisaslı kadrlar yetişdirməyin önəmini vurğulayıb, bu istiqamətdə əldə ediləcək uğurlar naminə institut əməkdaşlarının dəstək göstərməyə daim hazır olduqlarını bildirib.

Qeyd edək ki, layihəyə müraciət edən 300 müəllimdən 50-si seçilərək təlimlərə cəlb edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: