AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylının “Vətən” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə kitabın redaktoru, millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərli, tarix elmləri doktoru, professor, şair Şahin Fazil, Ədəbiyyat İnstitutunun şöbə müdiri, ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Fəlsəfə İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, professor Eynulla Mədətli, Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov, Qafqazşünaslıq İnstitutunun şöbə müdiri t.e.d., professor Qasım Hacıyev, Azərbaycan-Finlandiya Assosiasiyasının sədri Yaqub Kərimov və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kollektivi iştirak ediblər.
Yığıncağı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov açaraq şairin həyat və yaradıcılığına dair geniş məruzə ilə çıxış edib.
Sonra şair və publisist Ramiz Qusarçaylı müəllifi olduğu “Vətən” adlı kitabının ərsəyə gəlməsində əməyi keçən ziyalılara öz dərin təşəkkürünü bildirib.
Kitabın redaktoru, millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərli çıxışında şairin özünəməxsus yazı tərzi ilə Azərbaycan tarixini işıqlandırmasından söz açıb.
Kitabda “Ön söz”ün müəllifi tarix elmləri doktoru, professor, şair Şahin Fazil “Vətən” poemasına həsr etdiyi şeiri səsləndirib.
Kitabın rəyçiləri Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, professor Eynulla Mədətli, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor, əməkdar jurnalisti Qafar Cəbiyev və digər çıxış edənlər Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, t.e.d Əsədulla Cəfərov “Vətən” poeması haqqında mötəbər fikirlər söyləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.