Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2022 18:40
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada Novruz bayramı qeyd olunub

Mərkəzi Elmi Kitabxanada Novruz bayramı qeyd olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) baharın gəlişini, torpağın canlandığını xəbər verən, milli bayramımız olan Novruz bayramı qeyd edilib.

MEK-in baş direktoru, professor Məmməd Əliyev kitabxana kollektivini təbrik edərək Novruz bayramının tarixi haqqında ətraflı danışıb. O, Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu və milli bayram statusu aldığını vurğulayıb. Çıxışında Məmməd Əliyev ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” elan olunduğunu vurğulayıb.

Alim çıxışı zamanı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı möhtəşəm qələbədən sonra artıq Novruz bayramının tarixi torpaqlarımızda böyük ruh yüksəkliyi ilə qeyd olunmasından da bəhs edib.

Tədbir bədii hissə ilə davam edib, Novruz bayramının özünəməxsus adətləri nümayiş etdirilib, əməkdaşlar arasında maraqlı viktorinalar keçirilib.

Qeyd edək ki, xüsusi dizaynla hazırlanmış “Şuşada Novruz bayramı“ adlı maket iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: