Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.05.2015 10:35
  • A-
  • A
  • A+

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti AMEA-nın Fizika İnstitutunda olub

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti AMEA-nın Fizika İnstitutunda olub

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti AMEA Fizika İnstitutunda olub.

Görüşün məqsədi birgə tədqiqatlar aparmaq üçün BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlərlə görüşmək, müsahibə aparmaq və onlar arasında seçim etməkdir.

Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, BNTİ-də Azərbaycan Respublikasının tam səlahiyyətli nümayəndəsi Nazim Məmmədov qeyd edib ki, bu il akademiyanın Fizika, Kataliz və Qeyri –Üzvi Kimya, Geologiya və Geofizika, Molekulyar Biologiya və Biotexnologiya institutlarına, həmçinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının magistraturasına qəbul olunanlar iyul, avqust aylarında BNTİ-nin Elmi Texniki Mərkəzində təcrübə keçəcəklər.

BNTİ-nin elmi katibi Nikolay Rusakoviç təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Qeyd olunub ki, BNTİ Rusiyanın Dubna şəhərində yerləşir. Bu quruma 18 ölkə tamhüquqlu üzvüdür. Azərbaycan da bu sıraya daxildir.

Tədbirdə digər qonaqların BNTİ haqqında məruzələri dinlənilib.

Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.

BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlər dinlənilib, Azərbaycan və Rusiya tərəfindən olan ekspert və işçi qrupunun gördüyü işlərin nəticələrinin ümumiləşdirilməsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: