AMEA-nın Fizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti v.i.e., institutun baş direktoru, akademik Arif Həşimov iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb.
Elmi şura əvvəlcə 2019-cu ildə institutun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturasına qəbul olan doktorantların təhsil müddətinin başa çatmasına görə doktoranturadan xaric olunmaları və onların işlə təmin edilməsi məsələsini müzakirə edib və yekdilliklə qəbul edib.
Həmçinin müəssisənin Azərbaycan Qızıl Aypara Cəmiyyətinə üzv qəbul olunması, eləcə də bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirəyə çıxarılaraq müvafiq qərarlar verilib.
Sonra Fizika İnstitutunun elmi şöbə və laboratoriyalarının qarşısında duran müxtəlif səpkili cari məsələlərin həlli istiqamətində müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.