Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.03.2022 14:24
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşı BDU-da ustad dərsi keçirib

Folklor İnstitutunun əməkdaşı BDU-da ustad dərsi keçirib

AMEA-nın Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı Bakı Dövlət Universitetində (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə ustad dərsi keçirib.

Ustad dərsi “Azərbaycan lətifələri” mövzusuna həsr olunub. S.Abbaslı diqqətə çatdırıb ki, əksər xalqlar arasında müxtəlif istilahlarla tanınan lətifələr folklorun müstəqil janrı kimi hər zaman söyləyici-dinləyici nəslinin yaşam gündəminə çevrilib. Ayrı-ayrı tarixi mərhələlərdəki hakim təbəqənin, o sıradan ictimai-siyasi quruluşdakı nöqsan və çatışmazlıqların xalq satirası və yumoru vasitəsilə ifşa hədəfinə çevrilməsi daim gündəmdə dayanan məsələlərdən olub.

O, həmçinin lətifələrin toplanma və nəşri məsələlərindən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: