Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.04.2022 17:28
  • A-
  • A
  • A+

Tarix İnstitutunda tələbələr üçün “Açıq qapı” günləri təşkil olunub

Tarix İnstitutunda tələbələr üçün “Açıq qapı” günləri təşkil olunub

AMEA-nın Tarix İnstitutunda 29 mart-1 aprel tarixlərində “Açıq qapı” günləri keçirilib.

“Açıq qapı” günlərində Bakı Dövlət Universitetinin tarix fakültəsinin 1-ci kurs, Xəzər Universitetinin tarix fakültəsinin 3-cü kurs və Azərbaycan İlahiyyat İnstitutunun 3-cü kurs tələbələri iştirak ediblər.

“Açıq qapı” günlərində institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova və Təhsil şöbəsinin müdiri Bahar Qasımlı, Azərbaycan Respublikası tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Mais Əmrahov, Orta əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli, Beynəlxalq münasibətlər və diaspora tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Tofiq Mustafazadə, Azərbaycanın sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi Əzizə Nəzərli tələbələrə Tarix İnstitutunda aparılan tədqiqatlar barədə ümumi məlumatlar veriblər və onları elmi-tədqiqat şöbələri, eləcə də  institutun nəşrləri ilə tanış ediblər.

Sonda tələbələrə Tarix İnstitutunda nəşr olunan əsərlər hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: