Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.04.2022 11:04
  • A-
  • A
  • A+

“Gələcəyə addım - 2” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb

“Gələcəyə addım - 2” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Gənc Alim və Mütəxəssislər Şurasının 27 mart - Elm gününə həsr olunan “Gələcəyə addım - 2” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadasında uğur qazanmış gənclərə mükafatlar təqdim edilib.

Müsabiqənin Elmi Təşkilat Komitəsinin (ETK) sədri, akademik Əkpər Feyzullayevin, institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun, elmi katib g.-m.e.ü.f.d. Yeganə Lətifovanın, g.-m.e.ü.f.d. Orxan Abbasovun, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fatma Süleymanovanın və ETK-nın elmi katibi Aysel Cəbrayılovanın iştirakı ilə keçən tədbirdə olimpiadanın finalına yüksəlmiş və qalib gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik Əkpər Feyzullayev finalçıları təbrik edib, onlara elmi yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda finalda birincilik qazanmış Bakı Ali Neft Məktəbinin magistrantı Orxan Məmmədov, ikinci yerə çıxmış Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin tələbəsi Nəzrin Şıxəhmədova və üçüncü yerə layiq görülmüş Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin magistrantı Eldar Babayev pulla mükafatlandırılıblar. Həmçinin Geologiya və Geofizika İnstitutunun magistrantı Cəlal Əsgərova və Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin tələbəsi Həsən Cavadova həvəsləndirici pul mükafatı verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: